YERLƏŞMƏ

Bakının tarixi mərkəzindən 4 km məsafədə və Bakı Ağ Şəhərdəki Mərkəzi Biznes Rayonu ilə qonşuluqda Babək rayonu yerləşmişdir. Bu, şəhər mərkəzində olan və fransuz üslubunda işlənmiş yaşayış kvartallardan ibarət yaşamaq üçün ideal olan bir sakit rayondur. Binalarının hündürlüyü orta və tikili sıxlığı aşağı olan bu rayon Xətai metro stansiyasının yaxınlığında və Bakı Ağ Şəhər layihəsinin gələcək Fəvvarələr Meydanında planlaşdırılan yeni metro stansiyanın yanında yerləşir. MONPARNAS yaşayış kompleksinin münasib yerləşməsi Babək və Nobel prospektlərinə rahat keçidi təmin edəcək və eynilə həm şəhərin tarixi mərkəzinə, həm də Heydər Əliyev beynəlxalq hava limanına getməyi asanlaşdıracaqdır.

Whatsapp Zəng et