XÜSUSİYYƏTLƏR

 

Fransız üslublu bu eleqant 7 mərtəbəli bina ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir.

Monparnas yaşayış kompleksində  iki tərəfə çıxışlı mənzillər bütün müasir tələblərə cavab verir - bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı otaqlar.

119 mənzilli 7 mərtəbəli yaşayış kompleksi

- Fransız üslubunda fasad
- Kompleksin 1,05 Ha sahəsinin 60%-i abadlaşdırılma üçün
ayrılıb
- Geniş uşaq meydançası
- 145 avtomaşınlıq yeraltı, 23 avtomaşınlıq yerüstü dayanacaq
- Yeraltı parkinqdən liftə çıxış
- Hər blokda bir ədəd 1 tonluq rahat liftlər
- Mərmər ilə üzlənmiş pilləkənlər və pilləkən meydançaları
- Daş divarlar və fasadın aqlay ilə üzlənməsi
- İki tərəfli çıxışı olan, rahat planlaşdırılmış mənzillər
- Tavanın hündürlüyü 3,3 m
- 24 saat su təchizatı və su çəni
- Mərkəzi elektrik təchizatı və generator
- Qazlaşdırma və fərdi kombi
- Rəqəmsal TV, internet və telefon sistemləri
- Yanğın təhlükəsizliyi sistemi
- 24 saat mühafizə və müşahidə kameraları
- Həyətə baxan eyvanlarda divar şkafları
- Mərtəbələrdə kondisionerlərin xarici bölmələri və kombi
üçün ventilasiya olunan xüsusi servis eyvanları