BAKI AĞ ŞƏHƏR LAYİHƏSİ HAQQINDA

Bakı Ağ Şәhәr şәhәrsalma layihәsi Azәrbaycan Respublikası Prezidenti İlham Әliyevin Sәrәncamı ilә tәsdiq edilmiş "Azәrbaycan Respublikasında ekoloji vәziyyәtin yaxşılaşdırılmasına dair 2006-2010-cu illәr üçün Kompleks Tәdbirlәr planı" çәrçivәsindә hәyata keçirilir. Bakı Ağ Şәhәr haqlı olaraq şәhәrsalma sahәsindә dünyanın әn görkәmli layihәlәrindәn biri hesab olunur. Bu şәhәr kompleksi nәinki müasir vә rahat binaları ilә, hәmçinin öz sәmәrәliliyi ilә gözәl tәsir bağışlayır. Layihә hәm mühәndis-tikinti, hәm dә estetik nöqteyi-nәzәrdәn heyranlıq doğurur. Burada yaşamaq vә işlәmәk arzusu doğuran cәlbedici mühit vә infrastrukturun yaradılması üçün binaların vә komplekslәrin, sosial obyektlәrin, park vә yaşıl zonaların hamısının yeri mükәmmәl planlaşdırılmışdır.

Bakı Ağ Şəhər layihəsinin şimaldan perspektiv görüntüsü

Bakı Ağ Şəhər layihəsinin cənubdan perspektiv görüntüsü

 

Whatsapp Zəng et